Trampla Maskın gizli görüşü – Nə danışıblar?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalı iş adamı İlon Maskla görüşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Görüşün təfərrüatları açıqlanmayıb. Lakin Trampın ABŞ-da prezident seçkilərinə namizədlik uğrunda kampaniya apardığı və maliyyə çatışmazlığı yaşadığına dair yayılan iddialar fonunda bu görüş diqqət çəkib.

“Nyu York Tayms” nəşri də İlon Maskın Trampın kampaniyasına maliyyə dəstəyi verib-verməyəcəyinə dair yekun qərara gəlmədiyini yazır.

Məlumata görə, Mask 2020-ci ildə keçirilən seçkilərdə Co Baydenə səs versə də, onun hakimiyyətdən getməsinin tərəfdarıdır. Bu səbəbdən Baydenin qarşısında güclü namizəd olan Trampa ciddi şəkildə maliyyə dəstəyi verə bilər.

Ayşən Mustafa
Globalinfo.az