Tramp Kanadaya gedir – SƏBƏB

tramppp

ABŞ Prezidenti Donald Tramp G7 ölkələrinin liderlərinin iyun ayında keçiriləcək sammitində iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə məlumat verib.

“Prezident Tramp 15-17 iyun tarixlərində Kanadanın Alberta əyalətindəki Kananaskis kurort bölgəsində baş tutacaq G7 liderləri sammitinə qatılacaq”, – deyə o bildirib.

Aysel Əliyeva
Globalinfo.az