2024 07 20T222409Z 1212449264 RC2AZ8A0AJAR RTRMADP 3 USA ELECTION TRUMP VANCE 1024x616 1

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens arasındakı münasibətlərin pisləşdiyi bildirilir. Tərəflər arasında artan gərginliyin səbəbi kimi Vensin İranla müharibəni açıq şəkildə tənqid etməsi göstərilir.

C.D.Vensin sosial şəbəkələrdə aralıq seçkilərin nəticələri ilə bağlı geniş təhlil paylaşmasından sonra onların arasındakı fikir ayrılığının daha da dərinləşdiyi iddia olunur. O, təhlilində Respublikaçıların məğlubiyyətini İranla davam edən hərbi münaqişə ilə əlaqələndirib.

Tramp əvvəlcə bu tənqidə sakit yanaşsa da, sonradan mövqeyini dəyişib. Prezidentin öz ətrafındakı şəxslərə Vensdən narazılığını bildirdiyi qeyd olunur. Tramp hesab edir ki, Vens onun İrana qarşı hərbi zərbələr endirmək qərarını dəstəkləməli idi. Siyasi dairələrdə isə vitse-prezidentin bu paylaşımı onun gələcək prezidentlik yarışına hazırlaşdığına dair mesaj kimi qiymətləndirilib. Bu fonda Trampın diqqətini daha çox dövlət katibi Marko Rubionun üzərinə yönəltdiyi bildirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, müharibə aparan ölkənin siyasi elitasında bu cür ziddiyyətlərin yaranması təəccüblü deyil:

“Oxşar vəziyyət digər müharibə şəraitində olan ölkələrdə də müşahidə olunub. ABŞ-da vəziyyəti fərqli edən digər amil isə Vensin gələcək prezident ola biləcəyi ilə bağlı iddialardır. Görünür, o, indidən seçki kampaniyasına başlayıb və ictimaiyyətin dəstəyini qazanmağa çalışır. Çünki əhalinin əhəmiyyətli bir hissəsi də müharibənin əleyhinədir.

Vens yəqin ki, hələlik vəzifəsində qalacaq. Nə vaxtsa postunu tərk etsə belə, bu prosesin arxasında Trampla gizli sövdələşmənin dayanması ehtimalını istisna etmək olmaz”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: