Amerikalı aktyor Larri Poyndekster 66 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Nəşr yazır ki, hadisə noyabrın 13-də Los-Ancelesin “Studio City” ərazisində baş verib. Küçəni keçən aktyoru avtomobil vurub. Müxtəlif xəsarətlər alan Poyndekster xəstəxanaya çatdırılıb.
Aktyorun qabırğalarının sındığı bildirilir. Onun noyabrın 18-də cərrahi əməliyyat keçirməsi planlaşdırılsa da, həmin gün səhər saatlarında xəstəxanada qəfil dünyasını dəyişib. Ölümün dəqiq səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, 1960-cı ildə anadan olan Larri Poyndekster 40 ildən artıq davam edən sənət fəaliyyəti ərzində 200-ə yaxın film və televiziya layihəsində rol alıb.
Safura Bənnayeva
Globalinfo.az