franui

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Pannamore” MMC-nin İspaniyadan idxal etdiyi, “FraNui Espana S.l.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 293,4 kq “Franui Pink” əmtəə nişanlı dondurulmuş şokoladlı meyvə məhsulundan (istehsal və son istifadə tarixi: 24.07.2026−31.07.2028, partiya nömrəsi: L26205) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.

İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.

911799475 3095820927443710 4818890380326714509 n
913995724 1679359340335223 2331244408744453242 n
914545814 1356203129828312 2123516014609306766 n

Paylaş: