Xankəndidə keçirilən ilk çempionat matçında topa ilk zərbəni şəhid övladı vurub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vətən müharibəsi şəhidi Fikrət Məmmədovun oğlu mərkəzdə topa simvolik zərbə endirib.
Qeyd edək ki, Xankəndidə keçirilən Birinci Liqa matçında “Xankəndi” və “Karvan-Yevlax” üz-üzə gəlir.


