tramp 4 900x565 1

ABŞ Prezidenti Donald Tramp İrana atəşkəslə bağlı təklifə cavab vermək üçün bir neçə gün vaxt verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Tramp İranla atəşkəsin uzadıldığını elan etdi, lakin konkret tarix göstərmədi. Bu, yekun razılığa gəlmək üçün yeni diplomatik fürsət yaradır.

Mənbələrə görə, belə bir qərarın səbəblərindən biri ABŞ və Pakistan vasitəçilərinin İranın Ali Lideri Müctəba Xameneidən cavab gözləməsidir.

Bildirilir ki, Xamenei çox güman ki, bu gün cavab verəcək.

Başqa bir mənbə deyib ki, Tramp atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır. Bu, iranlılara işləri yoluna qoymaq şansı verəcək, lakin atəşkəs daimi olmayacaq”, – deyə portal yazıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: