Budanov

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya–Ukrayna müharibəsinin yanvar ayına qədər başa çatmasını real hesab etmir.

Globalinfo.az xəbər verir ki, o, müharibənin ilin sonunadək bitməsini arzuladığını, lakin bunun baş verməsinin bir çox amildən asılı olduğunu bildirib.

“Bunu kim istəməz ki? Dünyada müharibənin bitməsini istəməyən insan varmı? Mən belə birini tanımıram. Bəs bu, realdırmı? Bu, bir çox amildən asılıdır. Bunun baş verməsi üçün çalışacağıq, lakin belə bir nəticə sadəcə möcüzə olardı”, – o qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: