6b01d83a4cf086b01d83a4cf0917952830026b01d83a4cf066b01d83a4cf07

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti uğuruna imza atıb.

Globalinfo.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində Abdullayev avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.

Xatırladaq ki, Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda keçirilən turnirdə edib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.

Bakıda təşkil olunan UFC turniri azərbaycanlı döyüşçülərin beynəlxalq arenada tanınması və dünyanın ən nüfuzlu MMA təşkilatında irəliləməsi baxımından mühüm təkan olub.

Paylaş: