Tramp 1 2

ABŞ Prezidenti Donald Tramp İranla Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək uzunmüddətli razılaşma imzalamaq niyyətində olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Tramp bildirib ki, İranla əldə olunacaq razılaşma daimi xarakter daşımalıdır və Tehranın nüvə silahına sahib olmasının qarşısını almalıdır.

“İranla daimi xarakter daşıyacaq bir sülh sazişi bağlayacağam. Onlara nüvə silahına sahib olmaq imkanı verməyəcəm”, – deyə ABŞ lideri vurğulayıb.

Amerika prezidenti həmçinin İranda hakimiyyət dəyişikliyində maraqlı olmadığını bildirib.

“Bəziləri hakimiyyət dəyişikliyindən danışırdı. Amma izah edin, bu nə deməkdir? Mən artıq iki rejimi devirmişəm”, – Tramp əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: