ABŞ Dövlət Departamenti Zelenskini Ukraynanın qanuni prezidenti kimi tanıdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Dövlət Departamenti məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ səlahiyyət müddətinin başa çatmasına baxmayaraq Volodimir Zelenskini Ukraynanın qanuni prezidenti kimi tanımağa davam edir.
Dövlət Departamenti həmçinin Ukraynada prezident seçkilərinin keçirilməsinin qeyri-mümkün olduğunu bəyan edib.
Xatırladaq ki, mayın 14-də Kiyevə səfəri zamanı ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, Ukraynada yeni seçkilər, xalq bunu istəyəndə baş tutacaq. O, həmçinin əlavə edib ki, ABŞ tərəfi Ukrayna hökuməti və vətəndaş cəmiyyəti nümayəndələri ilə seçki infrastrukturunu gücləndirmək üçün iş aparır.
Müşviq Tofiqoğlu
Globalinfo.az