1755087876 1748620508 824819 tramp 2025 gettyimages 2192426947 ca6769b349f3223b67864b1d1d21ea7c 1200x675 1748611852

ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiyanın neft və qaz obyektlərinə zərbələr endirmək üçün kəşfiyyat məlumatları ilə təmin etməyi planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə NBC telekanalı administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

“Bu, Donald Trampın 2025-ci ilin yanvarında hakimiyyətə qayıdışından sonra Ukrayna ordusuna ilk dəfə yeni kəşfiyyat məlumatlarının ötürülməsi olacaq.Kiyev həm də Vaşinqtonun onu daha uzun mənzilli, Amerika istehsalı olan raketlərlə təmin etməyə razı olacağına ümid edir”, – deyə bildirilibş

Qeyd edək ki, daha əvvəl “Financial Times” D.Trampın Ukrayna ilə kəşfiyyat mübadiləsinə hazırlıq barədə göstəriş verdiyini yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: