tramp 13 900x600 1

ABŞ prezidenti Donald Tramp 24 aprel 1915-ci il hadisələri ilə bağlı müraciətində “soyqırımı” terminini işlətməyib və erməniləri yenidən məyus edib.

Globalinfo.az xəbər verir ki, ABŞ prezidenti Osmanlı imperiyasında baş verən hadisələri insan tələfatı kimi dəyərləndirib.

Ev-in saytında dərc olunan müraciətdə qeyd olunub ki, ABŞ hökuməti hadisələr zamanı həyatını itirən ermənilərin xatirəsini ehtiramla yad edir.

ABŞ prezidenti həmçinin bildirib ki, Vaşinqton və İrəvan strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirəcək və bu, Cənubi Qafqazda sabitliyə töhfə verəcək.

Qeyd edək ki, Donald Tramp prezidentliyi dövründə, o cümlədən əvvəlki müddətdə də 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: