patriot

Ukrayna hava hücumundan müdafiə sahəsində ciddi böhranla üzləşib. Buna səbəb ABŞ istehsalı olan “Patriot” sistemləri üçün nəzərdə tutulan raket ehtiyatlarının kəskin azalmasıdır.

Globalinfo.az xəbər verir ki, “The New York Times” qəzeti mənbələrinə istinadən yazır ki, raket çatışmazlığı Ukrayna ordusunu hava hücumlarına qarşı tətbiq edilən standart müdafiə taktikasını dəyişməyə məcbur edir.

Məlumata görə, Ukrayna qüvvələri əvvəllər hədəfi məhv etmək ehtimalını artırmaq üçün eyni vaxtda iki tutucu raket buraxırdı. Lakin hazırda kifayət qədər raket ehtiyatı olmadığı üçün bu taktikanı tətbiq etmək çətinləşib. Bu isə hava hücumundan müdafiənin effektivliyinə mənfi təsir göstərir.

Nəşr Ukraynanın hava hücumundan müdafiə sistemini getdikcə zəifləyən və ayrı-ayrı hissələrdən ibarət “yamaqlı yorğan”a bənzədib.

Bundan əlavə, Kiyevin müdafiə imkanlarını peyk rabitəsi ilə bağlı problemlər də çətinləşdirir. Bildirilir ki, Ukrayna qüvvələri artıq bir həftədir “Starlink” sisteminin hərbi versiyasından istifadə ilə bağlı məhdudiyyətlərlə üzləşir.

Tahir Turan
Globalinfo.az

Paylaş: