
Tiktokerlər Nuh və “Xan”ın həbs müddətləri uzadıldı.
Globalinfo.az lent.az-a istinadla xəbər verir ki, bu barədə qərar Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 2 ay uzadılıb.
N. Məmmədzadə də Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham olunub və barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.