ABŞ Avropanı qorxuya salan qərarı verə bilər – KİV

Avropa ABŞ-ın NATO-dan çıxmağına hazırlaşmalıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzetinə Şimali Atlantika Alyansına üzv ölkələrin bir sıra diplomatları bildirib.

Nəşrin yazdığına görə, Donald Tramp prezident seçiləcəyi təqdirdə Avropa ölkələrini ABŞ-ın NATO-dan çıxması ilə hədələyəcək. Ona görə də Qərb ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün plan qurmalı və öz variantları üzərində düşünməlidirlər.

Bəzi avropalı diplomatların sözlərinə görə, Trampın ABŞ-ın NATO üzvlüyü ilə bağlı açıqlamaları narahatlıq doğurur və bundan sonra nələrin baş verəcəyini heç kim bilmir. Avropanın ABŞ-dan asılılığını xatırladan diplomatlar rəsmi Vaşinqtonun NATO-dan çıxması fonunda Qərbin özünü necə qoruyacağı ilə bağlı müzakirələrə başlamağın vacibliyinə diqqət çəkiblər.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Co Bayden Donald Trampın NATO ilə bağlı açıqlamalarından Avropa liderlərinin çox qorxduğunu deyib. O, rəqibinin siyasətinin ABŞ-ın maraqlarına tamamilə zidd olduğunu diqqətə çatdırıb.

Əliyar Xəlil
Globalinfo.az