ABŞ Ukraynaya yenidən silah tədarük edəcək.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında deyib.
O, Birləşmiş Ştatların müəyyən fasilədən sonra Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa etdiyini açıqlayıb.
“Biz Ukraynaya müdafiə məqsədli bəzi silahlar göndərəcəyik. Mən bununla bağlı qanunu təsdiqləmişəm. Ancaq tədarükün nomenklaturası hələ dəqiqləşməyib”, – Tramp vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az