Tərtərdə qoyun oğruları tutuldu

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşa məxsus fermadan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Röyal Bayramov, Tural Abbaslı və Faiq İbadzadə saxlanılıblar. Araşdırmalarla onların fermadan 13 baş xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.