Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, səfir təbriki X sosial şəbəkə hesabında paylaşıb.
“Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkələrimiz arasında tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram!” – səfir bildirib.