resize 13

Azərbaycan kinematoqrafiyasının şah əsərlərindən biri də “Arxadan vurulan zərbə” filmidir. Ekran əsərini rejissor Arif Babayev 1977-ci ildə lentə alıb. Film Bakı ilə yanaşı Azərbaycanın bir çox bölgələrində-Qobustan, Mingəçevir, Zaqatala, Qax, Xaçmaz, həmçinin də Şəkidə lentə alınıb. Filmdə Cəbi obrazının öldürüldüyü məşhur su dəyirmanı Şəki rayonunun Bideyiz kəndində yerləşir. Hazırda dəyirman çox pis vəziyyətdədir və hətta tavanı uçub. 

Dəyirmanın hazırkı vəziyyəti filmdə Hüseynov obrazında çəkilən Xalq artisti Rafiq Əzimovu da çox üzüb. Saytımıza verdiyi açıqlamada o bunları deyib:

“Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır. Həmçinin də “Arxadan vurulan zərbə” filminin çəkildiyi su dəyirmanı. İndi siz deyirsiz mən eşidirəm. Digər ölkələrdə tarixi filmlərin çəkildiyi məkanlar muzey kimi qorunur. Yaxşı olardı ki, bu dəyirman da tez bir zamanda təmir olunsun və tarixi abidə kimi qorunub saxlanılsın” deyə o bildirib.

Globalinfo.az Moderator.az-a istinadən dəyirmanın hazırkı vəziyyətini sizə təqdim edir:

Paylaş: