İstanbul Konqres Mərkəzində keçirilən musiqi tədbiri zamanı üç nəfərin səhhətində ciddi problem yaranıb. Onlardan ikisi həyatını itirib, digər şəxsin isə vəziyyətinin ağır olduğu bildirilir.
Globalinfo.az-ın məlumatına görə, hadisə ötən gün “Unreal x Jeton” konsertində baş verib. Gecə saat 03:15 radələrində 29 yaşlı Furkan Aksu, 33 yaşlı T.M. və 24 yaşlı Mahmud Sami Ramazanoğlunun halı pisləşib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Furkan Aksu və Mahmud Sami Ramazanoğlunun həyatını xilas etmək mümkün olmayıb. Üçüncü şəxsin müalicəsi davam edir.
İlkin ehtimallara görə, hadisənin alkoqol və narkotik vasitələrin qəbulu ilə əlaqəli ola biləcəyi araşdırılır. Bununla belə, səbəblə bağlı yekun nəticə açıqlanmayıb.
Təxminən 5 min nəfərin qatıldığı konsert saat 21:00-dan səhər 04:00-dək davam edib. Hadisədən sonra tədbir məkanı boşaldılıb, faktla bağlı araşdırmaya başlanılıb.