bicaqlanma

Bakıda 21 yaşlı kişi bıçaqlanıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Hadisənin hansı şəraitdə baş verdiyi və xəsarətin kim tərəfindən yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: