İran parlamentində internetə çıxışın olmaması səbəbindən 25 deputat müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə namizədin seçilməsi üzrə elektron səsvermədə iştirak edə bilməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi məlumat verib. Onun sözlərinə görə, iclasda iştirak edən 277 deputatdan 25-i internet bağlantısının olmaması səbəbindən səsverməyə qoşula bilməyib.
Bildirilib ki, səsvermədə 237 deputat namizədin lehinə, 15 nəfər isə əleyhinə səs verib. Bitərəf səs qeydə alınmayıb.
Qeyd edək ki, təqdim olunan məlumata əsasən, səsvermənin nəticələri açıqlansa da, internet problemi səbəbindən bütün iştirakçılar öz seçimlərini elektron qaydada ifadə edə bilməyiblər.
Tahir Turan
Globalinfo.az