%D0%A1%D1%82%D1%83%D0%B4%D0%B8%D1%8F %D0%A1%D0%BE%D1%8E%D0%B7 %D0%A2%D0%9D%D0%A2

Ukraynanın “Myrotvorets” məlumat bazasına Rusiyanın “Soyuz” KVN komandasının dörd üzvü daxil edilib.

Globalinfo.az xəbər verir ki, siyahıya KVN-in Böyük Liqasının çempionları Aydar Qarayev, Yelena Quşçina, Aleksandr Alymov və Kirill Kokovkin əlavə olunublar.

Məlumata görə, onlar Rusiyanı açıq şəkildə dəstəkləməkdə və Ukraynanın suverenliyinə qarşı fəaliyyət göstərməkdə ittiham edilirlər.

Qeyd edək ki, daha əvvəl rusiyalı müğənni Xolidayboyun da “Myrotvorets” bazasına daxil edildiyi bildirilmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: