Rusiya əvvəlki illərdə geniş şəkildə istifadə etdiyi sovet dövründən qalma hərbi texnika ehtiyatlarını yenidən toplamağa başlayıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı OSINT analitikləri paylaşım edib.
Belə ki, onlar Mark Krutov, Jompy və Covert Cabal peyk görüntülərini araşdıraraq Rusiya anbarlarında tankların, BMP-lərin, zirehli transportyorların və artilleriya sistemlərinin sayının artdığını bildiriblər.
Məlumata görə, 2026-cı ilin iyunundan etibarən Altay diyarının Topçixa şəhərindəki bazada təxminən 78 ədəd T-72B3 tankı və 100-dən çox BMP qeydə alınıb.
Digər bazalarda isə BMP-3 və BMD-4 tipli texnikaların ehtiyatının artdığı müşahidə olunub.
Hərbi texnika NATO ölkələrinin sərhədlərinə yaxın ərazilərdəki bazalara da gətirilir.
Kostroma vilayətinin Buy şəhərində — Estoniya və Latviya sərhədlərindən təxminən 500 kilometr məsafədə — 2025-ci ilin payızından etibarən T-90M tankları, BTR-82A zirehli transportyorları və BMP-3-lər qeydə alınıb.
Safura Bənnayeva
Globalinfo.az