İranla ABŞ arasında Hörmüz boğazının açılması ilə bağlı danışıqlarda fikir ayrılıqları davam edir. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonun Tehranın irəli sürdüyü əsas tələbləri qəbul etmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Əraqçinin sözlərinə görə, Hörmüz boğazının blokadasının aradan qaldırılmasını nəzərdə tutan yeddi günlük plan qüvvədə qalır.
Bununla belə, İran tərəfi ABŞ-nin razılaşma üçün irəli sürülən şərtləri yerinə yetirmədiyini iddia edir.
Tehranın əsas tələbləri arasında ABŞ-nin sanksiyalarının və neft embarqosunun ləğvi, eləcə də hərbi əməliyyatların dayandırılması yer alır.
İranın təqdim etdiyi plana əsasən, tələblər qəbul olunarsa, Hörmüz boğazı altıncı gün açılmalı, yeddinci gün isə tərəflər arasında danışıqlar bərpa edilməlidir.
Hələlik ABŞ tərəfinin İranın irəli sürdüyü şərtlərlə bağlı mövqeyi və planın həyata keçirilməsi perspektivləri barədə əlavə məlumat verilməyib.
Tahir Turan
Globalinfo.az