İran liqasında Təbrizin “Traktor” klubu ilə farsların “Malavan” komandası arasında keçirilməsi gözlənilən oyun ləğv edilib.
Globalinfo.az xəbər verir ki, matçın ləğv edilməsinin səbəbi açıqlanıb.
Məlumata görə, “Traktor” komandası oyunöncəsi səsləndirilən irqçi şüarlara və futbolçuların şərəf və ləyaqətini hədəf alan təhqirlərə etiraz olaraq meydana çıxmamaq qərarı verib.
Paylaşımda bildirilib ki, oyun başlamazdan əvvəl türklərə qarşı irqçi ifadələr səsləndirilib, həmçinin “Traktor” futbolçularının namusunu hədəf alan təhqiramiz şüarlar səsləndirilib.
Komandanın meydana çıxmamaq qərarının məhz bu hadisələrlə əlaqəli olduğu qeyd edilir.
