balta

Daşkəsəndə 30 yaşlı qadının qardaşı tərəfindən baltalanmasının bəzi təfərrüatları məlum olub.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, xəsarət alan 30 yaşlı Əfsanə Cəfərova bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun iki övladı olub. Təxminən bir ay əvvəl isə onun daha bir övladı dünyaya gəlib. Bundan sonra qardaşla bacının arasında mübahisə yaranıb. Onların buna görə mübahisələri sonda qanla nəticələnib.

Qeyd edək ki, xəsarət alan qadının birinci həyat yoldaşı öz doğma dayısı oğlu olub.

***16:24

Daşkəsəndə 30 yaşlı qadın başından xəsarət alıb.

Globalinfo.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qıyıqlı kəndində baş verib.

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Əfsanə Məmməd qızı Cəfərova kəllə-beyin traması ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal qadına yardım edilib.

Daha sonra 30 yaşlı qadın Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Məlumata görə, 30 yaşlı qadını ailə münaqişəsi zamanı qardaşı balta ilə başından xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Paylaş: