684ba0c13f0a3684ba0c13f0a41749786817684ba0c13f0a1684ba0c13f0a2

ABŞ İran ərazisində bir sıra strateji hədəflərə qarşı havadəniz əməliyyatları həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. 

Yayılan məlumatlarda Vaşinqtonun hadisələri “müharibənin yenidən başlanması” kimi qiymətləndirmədiyi bildirilir.

Məlumata görə, hazırda Tehran da daxil olmaqla bir neçə bölgədə intensiv hücumlar davam edir. İran paytaxtında partlayış səslərinin eşidildiyi və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi qeyd olunur.

ABŞ qüvvələrinin İranın ən böyük liman şəhərlərindən olan Qeşm və Bəndər Abbas istiqamətində də zərbələr endirdiyi bildirilir. Hədəflər arasında hərbi obyektlər və dəniz infrastrukturu olduğu iddia edilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: