ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin həlli istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Kuşner bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, son bir ildə Ukrayna və Avropadakı tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində üç əsas istiqamətdə nəzərəçarpan irəliləyişə nail olunub.
Kuşnerin sözlərinə görə, ilk istiqamət Ukrayna üçün güclü və etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsidir.
İkinci istiqamət Ukraynanın Avropa İttifaqına üzvlüyünə aparan yolun müəyyənləşdirilməsini nəzərdə tutur.
Üçüncü istiqamət isə Avropa tərəfdaşları, Dünya Bankı və digər ölkələrlə birgə hazırlanmış genişmiqyaslı bərpa planının reallaşdırılmasıdır.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bu üç istiqamət Ukraynada uzunmüddətli nizamlanmanın təməlini təşkil edir.
Əliyar Xəlil,