Rusiya-Ukrayna müharibəsi belə bitəcək – Stavridis

“Rusiya və Ukrayna müharibədən yorulub. Bu ilin sonunda danışıqlar üçün “pəncərə” açıla bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri NATO-nun keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis deyib.

“ABŞ-da keçiriləcək prezident seçkilərindən (5 noyabr 2024-cü il) sonra Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlar başlaya bilər. Hər iki ölkənin çətinliklərlə üzləşməsinə baxmayaraq, çox güman ki, hələ sazişi rədd edəcəklər. Ukrayna ilə Rusiya arasında müharibə “Koreya müharibəsi” kimi bitəcək. Yəni ruslar Ukraynanın hansısa hissəsinə, Krımdan Rusiyaya gedən əraziyə nəzarət edəcəklər”, – Stavridis deyib.

Zaira Akifqızı
Globalinfo.az