TƏBİB dəhşətli qəza ilə bağlı məlumat yaydı

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) bu gün baş verən qəza ilə bağlı məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, məlumatda deyilir:

“Baş verən ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir.

Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib”.