peskov 900x597 2

Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna haqda çıxışına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Peskov bildirib ki, Rusiya ilə yaxın münasibətləri olan, bənzər mövqe bölüşən bir sıra dövlətlər mövcuddur.

“Biz bu mövqe ilə qətiyyən razı deyilik. Bəli, bu, bizim fikir ayrılıqlarımızın predmetidir”, – deyə Kremlin nümayəndəsi bildirib.

Bununla belə, Peskovun sözlərinə görə, Rusiya hesab edir ki, bu məsələ ikitərəfli münasibətlərə, xüsusilə də Azərbaycan kimi ölkə ilə əlaqələrə kölgə salmamalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna xalqını heç vaxt işğalla barışmamağa çağırmışdı.

“Ötən il Ukraynaya verdiyim tövsiyəni bu gün yenə də təsdiq edirəm ki, münaqişə ilə razılaşmayın. Onlar da məhz bunu edir. Düzdür, illər ərzində çətin dövrlər olub, biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqi olub ki, əməliyyatlar dayandırılsın, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olub, Ukrayna xalqı və hökuməti təbii ki buna razı olmadı”, – deyə Prezident bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: