susa forumu

IV Şuşa Qlobal Media Forumu başa çatıb.

Globalinfo.az xəbər verir ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum iki gün davam edib.

    Forumun ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və forum iştirakçılarının suallarını cavablandırıb.

    Forum çərçivəsində 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan çox media qurumu, həmçinin, media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın təmsilçiləri iştirak edib.

    Qeyd edək ki, son dörd ildə Şuşa Qlobal Media Forumu 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Forum çərçivəsində media, süni intellekt, dezinformasiya ilə mübarizə, media diplomatiyası, şəhərsalma narrativləri, etimadın bərpası və digər aktual mövzulara həsr olunmuş panel müzakirələri keçirilib. Forum panel sessiyaları və yekun müzakirələrlə başa çatıb.

    ***09:59

    İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini davam etdirir.

    Globalinfo.az xəbər verir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

    Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

    Forum panel sessiyalarla işini davam etdirir.

    “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.

    Paylaş: