kremlin peskov ap 1532992

Rusiyanın Moskvada Qələbə Günü Paradını keçirmək üçün heç kimin icazəsinə ehtiyacı yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə verdiyi müsahibədə bildirib.

“Qələbə Gününü lağa qoymağa çalışan hər kəsin vay halına. Bu, onların problemidir. Bizə heç kimin icazəsi lazım deyil”, – deyə Peskov bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan edib. Daha sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyanın 9-11 may tarixlərində atəşkəs təşəbbüsünə razılıq verdiyini açıqladı.

Tahir Turan
Globalinfo.az

Paylaş: