ehmedinejd

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın ofisi “MOSSAD agenti” iddialarına cavab verib.

Globalinfo.az xəbər verir ki, “The New York Times“ qəzetinin yaydığı məlumat təkzib edilib.

    Bildirilib ki, sözügedən iddialar ictimai rəyi çaşdırmağa yönəlib:

    “Bu, həm də İran xalqına qarşı psixoloji müharibə üçün istifadə olunur”.

    Həmçinin qeyd olunub ki, Mahmud Əhmədinejad əvvəlki kimi gündəlik fəaliyyətini davam etdirir.

    Bundan əvvəl “The New York Times” qəzetində Mahmud Əhmədinejadın İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın üzvləri ilə gizli şəkildə görüşdüyü, İsrail tərəfindən hakimiyyətə gətirilməsinin planlaşdırıldığı yazılmışdı.

    Paylaş: