bred pitt

Hollivud aktyoru Bred Pittin övladlığa götürdüyü uşaqları Meddoks və Zaxara onun soyadından imtina etmək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Onlar bundan sonra Meddoks Çivan Coli və Zaxara Marley Coli adlarını daşımaq istədiklərini bildiriblər.

2024-cü ilin iyulunda Bred Pittin qızı Şaylo da atasının soyadından imtina etdiyini açıqlamışdı.

Onun vəkili Piter Levin bu qərarın “travmatik hadisələrdən” sonra verildiyini bildirmişdi.

Qeyd edək ki, Ancelina Coli və Bred Pittin ümumilikdə altı övladı var: oğulları Meddoks Şivan, Paks Tien və Noks Leon, qızları isə Zaxara Marley, Şaylo Nuvel və Vivyen Marşelindir. Uşaqlar əvvəlcə Coli-Pitt soyadını daşıyırdılar. Onlardan yalnız Şaylo, Noks və Vivyen cütlüyün bioloji övladlarıdır, Meddoks, Zaxara və Paks isə övladlığa götürülüb.

Ancelina Coli 2016-cı ildə boşanma üçün müraciət edib. Cütlüyün boşanması uzun hüquqi prosesdən sonra 2019-cu ildə rəsmiləşib.

GettyImages 131901269 pic4 zoom 1500x1500 55652

Günel Cəlil
Globalinfo.az  

Paylaş: