Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.
Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri – N. Əsgərov və həyat yoldaşı K. Əsgərova həyatını itirib.
Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.