kk

“Klon” serialının ulduzu Covanna Antonelli ailə arxivindən foto paylaşıb.

Globalinfo.az xəbər verir ki, aktrisa serialdakı həmkarı və keçmiş həyat yoldaşı Murilu Benisiunu doğum günü münasibətilə təbrik edib.

O, 55 yaşı tamam olan aktyor və onların oğlu Pyetro ilə çəkilmiş fotoya bu şərhi yazıb:

“Ad günün mübarək, Murilu. Mənə həyatımın ən böyük sevgilərindən birini – oğlumuzu bəxş etdiyin üçün təşəkkür edirəm. Həyatının yeni mərhələsindən zövq al”.

Qeyd edək ki, cütlük Pyetronun dünyaya gəlməsindən bir neçə ay sonra ayrılıb. Onlar münasibətlərinin bitdiyini ictimaiyyətə açıqlasalar da, oğullarını birlikdə böyüdəcəklərini bildiriblər. Keçmiş həyat yoldaşları vaxtaşırı görüşür, birlikdə vaxt keçirir və hətta sosial şəbəkələr üçün yumoristik videolar da çəkirlər.

Onların sözlərinə görə, bir-birlərinə qarşı hörmətlərini qoruyublar və birlikdə olarkən narahatlıq hiss etmirlər. Antonelli dəfələrlə vurğulayıb ki, heç vaxt oğlunun atası ilə ünsiyyətinə mane olmağı düşünməyib. Onun fikrincə, böyüklərin problemləri uşaqlara təsir etməməlidir.

“Klon” ulduzu hazırda 15 yaşlı əkiz qızları Sofiya və Antoniyanı da böyüdür. Onların atası rejissor Leonardo Noqeyradır. Cütlük 2009-cu ildə çəkiliş meydançasında tanış olub. Uzun illər birlikdə olsalar da, münasibətlərini rəsmi nikahla rəsmiləşdirməyiblər.

ff 3

Günel Cəlil
Globalinfo.az

Paylaş: