6a55f3c2d66686a55f3c2d666917840178586a55f3c2d66666a55f3c2d6667

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud, Təşkilatın direktoru Mustafa Özcan və Baş katibin icraçı köməkçisi Muhammad Bilal Xan ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycanla D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünün irəli sürüldüyünü xatırladıb. O qeyd edib ki, məhz dövlət başçısının bu təşəbbüsü çərçivəsində ötən il Azərbaycanda ilk dəfə D-8 Media Forumu keçirilib. D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətə başlaması isə həmin təşəbbüsün məntiqi davamıdır.

Sohail Mahmud öz növbəsində Azərbaycanda D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması münasibətilə təbriklərini çatdırıb və buna görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı Mərkəzin D-8-ə üzv dövlətlərin media nümayəndələrinin peşəkar hazırlığı, süni intellekt və media sahələrində yeni çağırışların müzakirəsi, dezinformasiyaya qarşı mübarizə istiqamətində təlimlərin təşkili və təcrübə mübadiləsinin aparılması üçün mühüm platforma rolunu oynayacağı vurğulanıb.

6a55f3c2e9e076a55f3c2e9e0817840178586a55f3c2e9e036a55f3c2e9e05 6a55f3c2e0c9d6a55f3c2e0c9e17840178586a55f3c2e0c8e6a55f3c2e0c9b

Paylaş: