aaede76 ftp import images 1 ftg8syuehx2l 2025 10 23t095231z 988709114 rc2jhha02kqo rtrmadp 3 indonesia brazil

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən gəmilərdən 20 faiz ödəniş alınması ilə bağlı planını sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, Trampın bu təşəbbüsünü “dəniz quldurluğu” adlandırıb.

“Əvvəllər buna quldurluq deyirdilər. ABŞ kimi uzun illər quldurluğa qarşı mübarizə aparmış bir ölkə indi özü quldura çevrilməməlidir. O, buna görə ödəniş tələb etməməlidir, çünki boğaz onun məsuliyyətində deyil”, – Braziliya prezidenti vurğulayıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-ın Hörmüz boğazında təhlükəsizliyi təmin edəcəyini və bunun müqabilində boğazdan keçən yüklər üçün 20 faiz ödəniş alınacağını açıqlamışdı.

Bu bəyanat beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: