images 10 1

İranda sosial şəbəkələrdə yayılan görüntülərdə Urmiya şəhərində bir qrup qadının hərbi hazırlıq keçdiyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, paylaşılan məlumatlara görə, təlimlərin İranın ali rəhbəri Əli Xameneinin “intiqam alınmalıdır” çağırışından sonra təşkil edildiyi və rejim tərəfdarlarının mümkün ssenarilərə hazırlıq məqsədilə təlimlərə cəlb olunduğu bildirilir.

Lakin görüntülərin nə vaxt çəkildiyi, təlimlərin rəsmi dövlət proqramının bir hissəsi olub-olmadığı və irəli sürülən iddialar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: