ukrayna

Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Danimarka, Niderland, Norveç, İspaniya və İsveç Ukrayna ilə birlikdə ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulan raketlərin hazırlanması üzrə birgə koalisiya yaradılması barədə razılığa gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Birgə bəyanatda bildirilir ki, yeni təşəbbüs mövcud raketdən müdafiə (PRO) proqramlarını tamamlayacaq. Sənəddə qeyd olunur ki, layihə Avropanın artıq əldə etdiyi suveren müdafiə imkanlarını gücləndirəcək, həmçinin iştirakçı ölkələrin gələcəkdə əldə edəcəyi texnologiyaları da əhatələyəcək.

Bəyanata əsasən, Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün gələcək raket təhdidlərini çəkindirə və zərərsizləşdirə biləcək qlobal, inteqrasiya olunan raketdən müdafiə sisteminin yaradılması vacib sayılır.

Sənəddə vurğulanır ki, bu məqsədə yalnız kollektiv səylər, texnoloji yeniliklər və etibarlı sənaye əməkdaşlığı sayəsində nail olmaq mümkündür.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: