Ermənistanın “Hraparak” nəşri azərbaycanlıların Bağanis-Ayrım kəndi ərazisində işlər apardığını iddia edib.
Globalinfo.az xəbər verir ki, nəşrin məlumatına görə, Tavuşun sərhəd kəndlərinin sakinləri 2024-cü ildə Azərbaycana qaytarılan Bağanis-Ayrım kəndində hərəkətlilik müşahidə ediblər.
İddia olunur ki, Azərbaycan tərəfi xarabalıq ərazinin böyük hissəsini hamarlayıb. Yerli sakinlər görülən işlərin hansı məqsədlə aparıldığını bilmədiklərini deyiblər və yaranmış vəziyyətə görə təəccübləniblər. Onların ehtimallarına görə, ərazidə yaşayış evləri, bağlar salına və ya başqa layihələr həyata keçirilə bilər.
Qeyd edək ki, bu məlumat Ermənistan mətbuatında dərc olunub və rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Əliyar Xəlil
Globalinfo.az