Şuşada bəyanat qəbul edildi – YENİLƏNİB

 

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçirilib. 

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş və başqaları çıxış edib.

Forumun sonunda Şuşa bəyanatı qəbul edilib.

Bəyanatı Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev oxuyub.

***14:22

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş, Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi, Qırğız Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliev, Qazaxıstan Respublikasının “Otandastar” Fondunun beynəlxalq şöbəsinin müdiri Kalıbek Koblandin, və Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi Katibliyinin rəisi Kemal Köprülü iştirak edir.

Forumun sonunda Şuşa bəyanatı qəbul ediləcək.

Xatırladaq ki, forumun ilk hissəsi dekabrın 20-də Bakıda keçirilib.