qaliqlar

“Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən burada insan qalıqları tapılıb. Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi ve ekspedisiya rəisi Akif Quliyev deyib.

“Hazırda 3-4 insan skeleti fraqmenti görünür. Yaxın zamanda burada tədqiqat aparılacaq. Bundan sonra burada nə qədər insan qalığı olduğunu dəqiq deyə bilərik” – deyə, Akif Quliyev əlavə edib.

Şuşada tapılan insan qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilir - FOTO

Paylaş: