Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında yekun sənəd – Birgə Bəyannamə qəbul olunub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, sənəddə TDT-nin Səhiyyə sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 2024-cü il üçün Fəaliyyət Planının təsdiqi, habelə Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi kimi məsələlər öz əksini tapıb.
Bundan əlavə, Bəyannamədə Təşkilata üzv və müşahidəçi ölkələrinin milli qanunvericiliyinə uyğun olaraq, TDT çərçivəsində vahid rəqəmsal səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin sənəddə “Türktransplant sisteminin təsis edilməsinə dair Niyyət Protokolu”nun, eyni zamanda TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında Anlaşma Memorandumlarının imzalanılmasının əhəmiyyəti vutğulanıb.
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasının yekunlarına əsasən, Təşkilatın səhiyyə nazirlərinin növbəti görüşünün Qazaxıstanda keçirilməsi qərara alınıb.
***12:30
Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında “Türktransplant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tədbirdə sənədin müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulanıb.
***11:28
Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak edirlər.
Tədbir çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin ikitərəfli memorandumlarının, “Türktransplantın yaradılmasına dair niyyət protokolu”nun imzalanması nəzərdə tutulur.