yol 1

Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində sabah saat 00:00-dan etibarən Nərimanov rayonu, Əliyar Əliyev (Keşlə bazarının qarşısı), İslam Abışov, Mirzə Uluqbəy və Əhməd Rəcəbli küçələrində mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Globalinfo.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

1744975727 517449749201744975722 417449749201744975748 117449749171744975785 21744974918

Paylaş: