“Qarabağ”ın oyununa gələnlər bu qaydalara əməl etməlidirlər – VİDEO

“Qarabağ” sabah Konfrans Liqasının pley-off mərhələsində sabah Belçika “Gent”i ilə qarşılaşacaq. 

Globalinfo.az xəbər verir ki, oyun öncəsi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yenilik tətbiq edilib. Əsas məqam bu arenada ilk dəfə olaraq turniketlərin tətbiqi ilə əlaqədardır. Bundan sonra azarkeşlər bileti turniketə daxil etməklə sektorlara girə biləcək. Bilet özünüzdə olduğu zaman siz sektorlardan çıxa və tribunaya yenidən qayıda bilərsiniz. Bunun üçün bilet matçın sonuna kimi özünüzlə olmalıdır ki, onu turniketdə oxuda biləsiniz.

Yeniliklərlə bağlı daha ətraflı aşağıdakı videoda tanış ola bilərsiniz.