Sumqayıt məktəbində qəribə hadisə – FOTO

Sumqayıt şəhər təhsil müəssisəsində şagirdlərə idman dərsi məktəbli forması ilə keçirilir.

Globalinfo.az xəbər verir ki, hadisə M. Füzuli adına 15 nömrəli tam orta məktəbdə baş verib.

Məlum olub ki, 6 idman müəllimi olan təhsil müəssisəsində nə idman zalı, nə də geyinib-soyunma otağı yoxdur.

Müəllimlərin sözlərinə görə, lazımi şərait olmadığından bədən tərbiyəsi dərsləri normal keçirilmir.

1730 şagirdin təhsil aldığı məktəbdə yaşanan mövcud vəziyyət valideynləri də narahat edir.

Məktəbin direktoru Elmira Yaqubova təhsil müəssisəsinin təmirinin 2025-ci ilin layihəsinə salınması üçün aidiyyəti üzrə müraciət olunduğunu bildirib.

Zaira Akifqızı
Globalinfo.az